- Baxış sayı: 35
- 28 Aprel 2024 18:00
- Baxış sayı: 35
- Aprel 28, 2024
- 0
Çempionlar liqasının “C” qrupunda 2-ci turda səfərdə “Qarabağ”a rəqib olan “Roma”nın baş məşqçisi Eysebio Di Françesko bu gün Bakı olimpiya stadionunda KİV-lə görüşdü. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan klubu haqda xoş danışdı:
“”Qarabağ”a böyük hörmətim var. Rəqib ilk oyunda “Çelsi”yə böyük hesabla uduzduğundan, bizimlə oyuna bütün gücünü qoyacaq. Sübut edəcək ki, heç də asan rəqib deyil. Azərbaycan çempionu ildən-ilə qüvvətlənir. Üstəlik, “Qarabağ” ona dəstək verəcək 60 000 tamaşaçı önündə mübarizə aparacaq. Ölkə başçınızın stadiona gəlməsi komandaya əlavə ruh verəcək”.