Di Marianı hədələyən quldurlar saxlanılıb

Argentina polisi dünya çempionu Anxel di Mariyanı hədələyən 3 nəfəri saxlayıb.

Allsport.az xəbər verir ki, bir neçə gün əvvəl Argentina millisinin futbolçusunun ailəsinin yaşadığı evin qarşısında di Mariya ailəsinə ünvanlanmış lövhə qalıb. Hücum edənlər “Benfika”nın futbolçusu Rosario’ya dönərsə, di Marianın ailə üzvlərini öldürməklə hədələyiblər.

Saxlanılanlar arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə istintaqa cəlb olunan Pablo Akotto və onun iki şəriki də var. Əsas şübhəlinin evindən silah və narkotik tapılıb. Səlahiyyətlilər silahlı şəxslərin di Marianı və ailəsini niyə təhdid etdiyini hələ də araşdırdıqlarını bildiriblər.

Həmin kateqoriyadan