Dieqo Simeonedən uğurlu göstərici

Çempionlar liqasının ilk 1/4 final matçında “Atletiko” Dortmund “Borussiya”sını qəbul edib.

Allsport.az xəbər verir ki görüş “matrasçılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Atletiko” çempionlar liqasının pley-off mərhələsində Dieqo Simeonenin rəhbərliyi altında bir dəfə də olsun evdə məğlubiyyətlə üzləşməyib.

“Atletiko” Visente Kalderon/Vanda Metropolitanoda 17 belə matç keçirib, 11 qələbə və 6 heç-heçə qazanıb. Top fərqi 20:5-dir. Madrid təmsilçisi 17 oyunun 12-də qapısını təmiz saxlayıb.

Həmin kateqoriyadan