- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Xorvatiya “Dinamo”su çempionlar liqasının “E” qrupunda son oyuna çıxıb.
Allsport.az saytı xəbər verir ki, “ağ-göylər” klubu 6-cı turda səfərdə “Çelsi” ilə qarşılaşıb. Oyun London klubunun 2:1 qələbəsi ilə başa çatıb. Millimizin hücumçusu Mahir Əmrəli 70-ci dəqiqədə meydana çıxıb.
Zaqreb təmsilçisi 4 xalla qrup sonuncusu olub. “Çelsi” ilə “Milan” 1/8 finala yüksəlib. “Zalsburq” isə Avropa liqasının pley-ofunda mübarizə aparacaq.