Divizion klublarına cəza yağmuru

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

İntizam Komitəsi tərəfindən “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin stadiona girişinə 10 oyunluq qadağa qoyulmuşdu. Lakin əldə olunan faktlara görə verilmiş cəzadan sonra “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev “Qaradağ Lökbatan” – “Şəmkir” matçında stadionda olub. Bu səbəbdən də klub prezidentinə verilmiş cəzaya 1 oyun stadiona giriş cəzası əlavə olunur. Bu hal yenidən təkrarlanacağı halda, ona qarşı daha ciddi tədbir görüləcək.

“Kəpəz” – “Qaradağ Lökbatan” matçının 85-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Şahdağ” – “Şəmkir” matçının 74-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Energetik” – “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Göyəzən” – “Zirə” matçının 77-ci dəqiqəsində “Göyəzən”in futbolçusu İslam Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Rəvan” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Elvin Həsənəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Elvin Həsənəliyev qırmızı vərəqə alaraq meydançanı tərk edərkən künc bayrağın sındırdığına görə 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Natiq Kərimi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Məhərrəm Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Həmin kateqoriyadan