Divizion klublarına da cəza verildi

AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Mil-Muğan” – “Zaqatala” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Ağsu” – “Turan Tovuz” matçının 57-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Seymur Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Bakılı” – “Neftçala” matçının 42-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Taleh Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində “Bakılı”nın məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

Həmin kateqoriyadan