Divizion klublarına mövsümün son cəzaları

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun sonuncu – 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zirə” – “Mil-Muğan” matçında “Zirə” və “Mil-Muğan” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 18-ci dəqiqəsində “Zirə”nin məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.

MOİK – “Şəmkir” matçında “Şəmkir”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Neftçala” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Ravil Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Neftçala”nın futbolçusu Musa Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Həmin kateqoriyadan