- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Avropa Liqasında mübarizə aparan “Qarabağ” klubu yer aldığı “F” qrupunda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanın “Dnepr” klubunu qəbul edən təmsilçimiz, 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisindən qolu cərimə zərbəsindən Leroy Corc vurub.
Qrupda keçirilmiş digər matçda Milan “İnter”i səfərdə “Sent Etyen”in (Fransa) müqavimətini qıra bilməyib – 1:1. Buna baxmayaraq, İtaliya komandası 8 xalla öz liderliyini davam etdirir. Qalan 3 klubun hesabında 4 xal var.