Dodo “Panatinaikos”a keçir?

Yunanıstan mətbuatı bir neçə gündür ki, “Qəbələ”nin yarımmüdafiəçisi Dodonun bu ölkənin “Panatinaikos” klubuna keçəcəyi barədə xəbərlər yayır. Allsport.az saytının məlumatına görə, ellinlərin “Goal” nəşri bu klubla əlaqə saxlayıb, xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmağa çalışıb.

“Panatinaikos” rəsmiləri bu xəbəri nə təkzib, nə də təsdiq ediblər. Dodonun “Qəbələ” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Bu üzdən də onun Azərbaycanı tərk edəcəyinə dair ehtimallar artıb. Baxmayaraq ki, “qara-qırmızılar”ın yarımmüdafiəçi ilə müqavilənin müddətini artırmaq hüququ var.

Maraq üçün xatırladaq ki, Dodo bu mövsüm Avropa Liqasının pley-off mərhələsi çərçivəsində məhz “Panatinaikos”un qapısına vurduğu iki qolla bu komandanı qrup mərhələsinə çıxmağa qoymamışdı.

Həmin kateqoriyadan