“Donlar”ın Bakı səfəri dəqiqləşib

Konfrans liqasının pley-ofunda ilk oyunda “Qarabağ”ın qonağı olacaq Şotlandiya “Aberdin”inin Bakı səfəri dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, komanda sabah səhər saatlarında paytaxtımıza yola düşəcək.

“Donlar” məsafənin uzaqlığı və uyğunlaşma ilə əlaqədar ölkəmizə tez gəlməyə qərar verib. Bundan başqa, saat və hava şəraitinin fərqli olması da bu qərarda  rol oynayıb.

Avqustun 19-da Tofiq Bəhramov adına respublika stadionunda matç saat 20:00-da başlayacaq.

Rəqib ölkə çempionatında 2 oyuna 6 xalla 12 klub arasında 2-ci yerdədir. Şotlandiya premyer-liqasında altılıq sistemidir.

Həmin kateqoriyadan