- Baxış sayı: 35
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Topaz Premyer Liqasının 10-cu turunda keçirilmiş oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi Dorinel Munteanu səfər qələbəsini belə şərh verib:
“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur.
Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.