Dortmund “Borussiya”sını da məğlub edən tapıldı

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Dortmund “Borussiya”sı da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Hamburq” ilə qarşılaşıb. Matç “Borussiya”nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, geridə qalan turlarda 29 xal toplayan “Borussiya” ikinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan