Duelin qalibi Quluzadə oldu

Moldova çempionatında 8-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Amit Quluzadənin formasını geyindiyi “Milsami” Dmitri Nağıyevli “Dinamo-Avto”nu qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Nağıyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Amit isə 61-ci dəqiqədə meydana daxil olub.

“Milsami” 14 xalla 4-cü, “Dinamo-Avto” isə 10 xalla 5-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan