“Dünən hər 2 klubun imkanları bərabər idi”

Allsport.az xəbər verir ki, “Hekken”in futbolçusu Mikkel Rüqor Avropa liqasında “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışıb:

“Qarabağ”ın çox yaxşı oyunçuları var. Onlar güclü komandadır. Amma, dünən hər 2 klubun imkanları bərabər idi. Yaxşı nəticə qazana bilərdik.

Bunun üçün rəqibin cərimə meydanında daha yaxşı oynamalıydıq. Bu cür görüşlərdə fürsətlər çox olmur. Bu səbəbdən bütün imkanlardan maksimum yararlanmaq lazımdır”.

Həmin kateqoriyadan