- Baxış sayı: 27
- 21 İyul 2026 21:57
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yayda klubunu dəyişməkdə qərarlıdır.
Allsport.az xəbər verirki, ispaniyalı futbolçu “Real”a qoşulmaq istəyir.
Rodri mövcud müqaviləsinin uzadılması ilə bağlı “Mançester Siti”nin bir neçə təklifini artıq rədd edib. Onun əsas məqsədi Madriddə məskunlaşmaqdır. 30 yaşlı dayaq yarımmüdafiəçisi “Real”a keçidin yay transfer pəncərəsi dövründə reallığa çevrilməsi istiqamətində işləri davam etdirir.
Hələlik klublar arasında rəsmi danışıqlar təsdiqlənməyib. Lakin futbolçunun öz istəyi əsas faktor ola bilər.
Rodri ötən mövsüm “Mançester Siti”nin heyətində 33 matç keçirib və 2 qol vurub.
Xatırladaq ki, o, İspaniya ilə dünya çempionatının qalibi olub.