Dünya etnoidman forumunun iştirakçıları Qarabağ atlarının çıxışını böyük maraqla izləyiblər

Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” şüarı ilə keçirilən V Dünya etnoidman forumunun iştirakçıları, gənclər və idman naziri Fərid Qayıbov və bir sıra ölkələrin səfirləri martın 6-da Binə atçılıq mərkəzində olublar.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan atçılıq federasiyasının prezidenti Elçin Quliyev, ölkəmizdə atçılıq idmanının inkişafı istiqamətində görülən işlər, federasiyanın və Binə atçılıq mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verib.

DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, eləcə də solistlər – Fatimə Cəfərovanın, Fəxri Kazım Nicatın, Elnarə Xəlilovanın ifaları qonaqlarda xoş təəssürat yaradıb. DSX-nin “Süvarilər” qrupunun Qarabağ atları üzərində xüsusi proqramla çıxışını böyük izləyən forum iştirakçıları çövkən milli oyununa böyük maraqla baxış keçiriblər.

Həmin kateqoriyadan