- Baxış sayı: 31
- 11 Noyabr 2026 20:42
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

“İnter”in heyətində ciddi itki baş verib.
Allsport.az xəbər verir ki, hücumçu Anj-Yoan Bonni sıradan çıxıb.
23 yaşlı futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. Bonni bununla əlaqədar olaraq, Fildişi Sahili milli komandasının heyətində 2027-ci il Afrika millətlər kubokunun seçmə mərhələ oyunlarını buraxacaq. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
“İnter” Anj-Yoan Bonnini 2025-ci ilin yayında “Parma”dan 24,6 milyon avroya transfer edib. Forvard cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol vurub.