İtaliya ilə oyunu buraxacaq

İtaliya ilə oyunu buraxacaq

Futbol üzrə Fransa yığmasının və İspaniyanın “Real” (Madrid) klubunun hücumçusu Kilian Mbappe UEFA millətlər liqasının V turunda İtaliyaya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu budun arxa əzələsində yaranan narahatlıq səbəbindən noyabrın 12-də baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.

Mbappenin UEFA millətlər liqasının qrup mərhələsinin son turunda meydana qayıtması gözlənilir. Fransa millisi noyabrın 15-də öz meydanında Türkiyə yığmasını qəbul edəcək.

Mbappe cari mövsümdə “Real”ın heyətində la liqa və UEFA çempionlar liqasında 16 oyuna çıxıb. Fransalı hücumçu bu görüşlərdə 17 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan