- Baxış sayı: 54
- 10 Noyabr 2026 17:51
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

Bakıda eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında təşkil olunan tədbir Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlk dəfə olaraq himnimiz işarət dili ilə də təqdim edilib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Avropa karlar idman təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis və Azərbaycan deflimpiya komitəsinin idarə heyətinin sədri Anar Bayramov çıxış ediblər.
Çıxışlarda yarışın əhəmiyyəti, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və idman vasitəsilə sosial fəallıqlarının artırılması istiqamətində görülən işlər vurğulanıb.
Sonra Bayramov ilk dəfə Azərbaycanda təşkil olunan Avropa çempionatını açıq elan edib. Tədbirdə deflimpiya hərəkatının yaranmasından bu günədək keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Açılış mərasimi bədii proqramla davam edib.