Fransa futbolunda faciə

Fransa futbolunda faciə

Fransa futbolunda ağır itki baş verib. “Sen-Deni” klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, hazırlıq prosesi vaxtı gənc futbolçunun səhhəti qəfil pisləşib.

Komanda yoldaşlarının dərhal ilkin yardım göstərməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, idmançının ölümünə ürəktutması səbəb olub.

Bu ağır itkidən sonra “Sen-Deni” rəhbərliyi “Sen-Pyerruaz”a qarşı keçirilməli olan matçı təxirə salıb.

Xatırladaq ki, Onsor cari ilin yanvar ayından bu klubun şərəfini qoruyurdu.

Həmin kateqoriyadan