“Dünyanın ən yaxşı yarımmüdafiəçisi Bellinqemdir”

“Dünyanın ən yaxşı yarımmüdafiəçisi Bellinqemdir”

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill Cud Bellinqemin DÇ-2026-dakı çıxışını yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, veteran futbolçu İngiltərənin Norveç üzərində 2:1 hesablı qələbə qazandığı 1/4 final matçında dubl edən Bellinqemi dünyanın ən güclü mərkəz yarımmüdafiəçisi adlandırıb:

“Qızlarımın 16 və 17 yaşı var. Onlar futbolu çox sevir və Bellinqemə heyrandırlar. İndi İngiltərədə hər uşaq dünya çempionatına baxır və Cud Bellinqem kimi olmağı arzulayır.

O, möhtəşəm turnir keçirir. Dünya futbolunun zirvəsinə yüksəlib. Hazırda planetin ən yaxşı mərkəz yarımmüdafiəçisidir. Söhbət təkcə vurduğu qollardan getmir. Meydanda etdiyi hər şey onu mükəmməl futbolçuya çevirir. O, İngiltərə millisinin əsas ulduzudur. Altı qolla komandasını demək olar ki, təkbaşına yarımfinala daşıyıb. Əlbəttə, Harri Keynin töhfəsini də unutmaq olmaz”.

Bellinqem DÇ-2026-da vurduğu 6 qolla turnirin bombardirləri sırasında yer alır və İngiltərə millisinin yarımfinala yüksəlməsində əsas pay sahiblərindən biridir.

Həmin kateqoriyadan