Elçin Rəhmanov: “Hakken” ilə görüşə ayrı hazırlaşırıq

Oktyabrın 5-ində “Qarabağ” Avropa liqasının “H” qrupunun 2-ci tutunda İsveçdə “Hakken”in qonağı olacaq. Allsport.az xəbər verir ki, komandamızın məşqçisi Elçin Rəhmanov Göteborq təmsilçisi ilə oyun barədə bunu deyib:

““Hakken”lə qarşılaşmaya ayrı hazırlaşırıq. Son vaxtlar sıx qrafikdə oynayırıq. Görüşə qədər vaxtımız olacaq. Matçdan iki gün əvvəl səfərə yollanacağıq. Bədavi Hüseynov zədədən sonra heyətə dönüb. Ölkə çempionatında onu çox riskə atmadıq. İsveçdəki görüşdə daha yaxşı fiziki durumda olacaq.

Maksim Medvedev 90 dəqiqə oynamağa hazırdır. O, təcrübəli futbolçudur. Andrey Lunyov təxminən uzun müddət oyun praktikasız qalmışdı. Ona görə daha çox fürsət veririk. Qapıçı keçirdiyi matçlarda özünü yaxşı tərəfdən göstərir”.

Həmin kateqoriyadan