- Baxış sayı: 25
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Ə.Ağayev Avropa liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.