Elmar Baxşıyev: Bu qələbədə hamının payı var

Premyer liqasının 4-cü turunun “Sabah” – “Qəbələ” oyunundan (0:1) sonra qalib komandanın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi mütəxəssisin fikiri ilə tanış edir:

“Oyunun belə çətin keçəcəyini öncədən bilirdik. “Sabah” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bizim üçün heç də asan olmadı. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 10 gün vaxtımız oldu ki, həm taktiki, həm texniki, ən əsası psixoloji cəhətdən komandanı hazırlayıb bu durumdan çıxaraq. Sevinirəm ki, bu, öz təsirini bir az göstərdi.

Komanda əvvəlki oyununu göstərməyə başladı. Çalışdıq ki, əvvəlki üç oyunu unudaq və sıfırdan başlayaq. Futbolçuları inandırmağa çalışdıq ki, heç kimdən zəif deyilik və istəsək, alınacaq. Fasilə dövründə bir yerə toplaşan gündən komanda özünü yaxşı tərəfdən göstərdi. “Sumqayıt”la yoxlama matçında da keyfiyyətli futbol nümayiş etdirdik. Bunu məşqlərdə də hiss etmişdik və davamını bu gün dördük. Bu qələbədə pay komandanındır. Çünki icra edən, uğurun sahibi onlardır”.

Həmin kateqoriyadan