“Futbolda bu cür məğlubiyyətlər qaçılmazdır”

Allsport.az saytı xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Sabah”a 0:5 hesabı ilə uduzduqları premyer liqanın ilk turunun bağlanış oyunundan sonra deyib. Onun sözünə görə, çox zəif çıxış ediblər:

“Oynadığımız ən zəif görüş idi. Hazırlıq vaxtında komandada dinamika görürdüm. Getdikcə daha yaxşı olacağıq. İlk turdur. Məğlubiyyəti düzgün təhlil edib qarşıdakı oyunlara hazırlaşmaq lazımdır”.

O, Kiprdə “Omoniya”ya qarşı keçirdikləri konfrans liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra komandada yorğunluq olduğunu söyləyib: “Heç özüm bərpa olmamışam, qaldı futbolçular. Səfərdə oynamaq ağırdır. Yenə də düşünürəm ki, yorğunluq futbolçulara təsir edir.

Futbolda bu cür məğlubiyyətlər qaçılmazdır, hər komandanın başına gələ bilər. Ümidsiz deyilik. Çalışacağıq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşaq”.

Həmin kateqoriyadan