Elşad Əhmədov: “Neftçi” bizdən üstün oynadı

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqasının 19-cu turunda “Neftçi”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:3 hesabı ilə uduzduqları görüşdə rəqibin üstün olduğunu etiraf edib:

“Neftçi” son iki oyunda xal itirmişdi. Buna görə, bizimlə qarşılaşmaya aqressiv başlayacaqlarını bilirdik. Fikirləşdiyimiz kimi də oldu. Birinci hissədə müdafiədən çox narazı qaldım.

Əsasən, ilk 15-20 dəqiqədə arxa xəttdə çoxlu səhvlərə yol verdik. “Neftçi” bu gün bizdən üstün oynadı və layiqli qələbə qazandı. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan