Elxan Məmmədov: AFFA Türkiyə variantı üzərində təkid edir

“Qarabağ” klubunun Avropa liqasında keçirəcəyi ev oyunu üçün alternativ ölkı seçimi ilə bağlı AFFA-nın UEFA ilə danışıqları davam edir. Ali qurum əvvəlki tövsiyələri barədə ictimaiyyətə məlumat verilib”.

Allsport.az saytı xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov report.az-a deyib. Onun sözünə görə, danışıqlarda AFFA Türkiyə variantı üzərində təkid edir:

“Apardığımız təhlillərə əsasən, oyunun Türkiyədə təşkil olunmasına icazə verilə bilər. Lakin UEFA hələ yekun qərar qəbul etməyib. Ümid edirik ki, yaxın günlərdə UEFA qərarını açıqlayacaq və bizim təklifimiz qəbul olunacaq”.

“Qarabağ” ilk ev oyununu oktyabrın 29-da İspaniya “Vilyarreal”ına qarşı keçirməlidir.

Həmin kateqoriyadan