Elxan Məmmədov “Qarabağ”ın azarkeş mağazasından alış-veriş edib

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun texniki direktoru Bernhard Lippert “Qarabağ” klubunun yeni açılan fan-şopunu ziyarət edərək alış-veriş ediblər. Allsport.az saytı xəbər verir ki, baş katib “Şerif”lə qarşılaşmada “Qarabağ”a uğurlar arzu edib və mağaza haqda fikrini bildirib:

“”Qarabağ”ın fan-şopunun açılmasınl görmək olduqca xoşdur. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldır ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər.

Qiymətlər də çox uyğundur və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca və xoşa gələndir. İnanıram ki, axşam stadionda “Qarabağ” azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. “Şerif”lə qarşılaşmada “Qarabağ”a uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan