Elxan Məmmədov: Ukrayna futbol federasiyasına dəstəyinə görə təşəkkür edirik

“Komandalarımızın beynəlxalq turnirlərdə ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı bizə və qarşı tərəfə məlumat verən federasiyalar var”.

Allsport.az saytı xəbər verir ki, bu sözü AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O, Ukrayna futbol federasiyasına eyham vurub:

“Onlar bildirdilər ki, Azərbaycan komandalarının – həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkilinə hərtərəfli dəstək göstərməyə hazırdırlar. Bu dəstəyə görə Ukrayna futbol federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər”.

“Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını bitərəf meydanda keçirməlidir.

Həmin kateqoriyadan