Elxan Məmmədovun komandası ticarətindən qalmadı – Belfastdan 8 televizorla qayıtdı

Azərbaycan millisi Dünya Kuboku-2018-in seçmə qrup ələməsində Şimali İrlandiyaya səfərində ticarətindən qalmayıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərindən 4 cavabsız top yeyən komandamız Bakıya 8 televizorla qayıdıb. Bu iddia ilə “Sky sports” çıxış edib.

Həmin televizorların dəqiq kim və ya kimlər tərəfindən alındığı yazılmayıb. Amma yerli elektron mağazasından 12 min funt sterlinq dəyərində alış-veriş edildiyi bildirilir. Həmin televizorlardan 3-ü 72 düymlük olub. Görüşdən sonra həmin 8 televizor millimizi Bakıya gətirən təyyarəyə yüklənib.

Qeyd edək ki, belə hal ilk dəfə baş vermir. “Ay-ulduzlular”ımız ölkə dışı səfərlərində nazik ekranlı televizorlar almağa adət edib. Komandamızla ezamiyyədə olan KİV nümayəndələri dəfələrlə buna şahidlik ediblər.

Həmin kateqoriyadan