- Baxış sayı: 7
- 28 İyul 2026 20:03
- Baxış sayı: 86
- İyul 26, 2026
- 0

“Mançester Siti” yarımmüdafiəçisi Rodrinin əməliyyat olunduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu bel nahiyəsindən kiçik cərrahi əməliyyat keçirib.
Rodri yaxın günlərdə reabilitasiya prosesinə başlayacaq.
Klub 29 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dönüş tarixi ilə bağlı əlavə məlumat verməyib. Onun bərpa prosesi həkimlərin nəzarəti altında davam edəcək.
Rodri ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 46 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib. O, həmçinin İspaniya millisi ilə 2026-cı il dünya çempionatının qalibi olub.