Emil Balayev: “”Səbail” mənim üçün böyük bir təcrübədir”

“Səbail”in yeni qapıçısı Emil Balayev MOİK-lə oyunda debüt edib. Allsport.az saytı xəbər verir ki, gənc qolkiper jurnalistlərə açıqlamasında bunu deyib:

“Komandaya yanvarın 14-də qoşulmuşam. Artıq “Səbail”ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Mehriban kollektivimiz var.

“Qarabağ”da idim. Sonra məsləhət oldu ki, icarə əsasında “Səbail”də çıxış edim. Keçmişə nəzər salsaq, “Araz Naxçıvan”dan “Neftçi”yə qayıtmış, sonra da “Ayntraxt”a yollanmışdım. Futbolda belə şeylər olur. “Səbail” mənim üçün böyük bir təcrübədir.

“Səbail”in uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Qiymətləndirməni isə məşqçilər korpusu verir”.

Həmin kateqoriyadan