Emil Balayevin “Ayntraxt”la müqaviləsinin müddəti açıqlandı

Almaniyanın “Ayntraxt” klubu yeni transferi Emil Balayevlə imzaladığı müqavilənin müddətini açıqlayıb. Allsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi azərbaycanlı qolkiperlə 1,5 illiyinə müqavilə imzalayıb.

Lakin gənc qapıçı özünü doğruldacağı təqdirdə Balayevlə müqavilənin müddəti daha 2 illiyinə uzadılacaq.

Qeyd edək ki, noyabrın 26-dan dekabrın 12-nə kimi “Ayntraxt”ın düşərgəsində baxışda olan 20 yaşlı qapıçı məşqçilər korpusu tərəfindən bəyənilib.

Həmin kateqoriyadan