Emin Mahmudov: “Bu barədə danışmaq bir az çətindir”

Millimizin kapitanı Emin Mahmudov İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

“Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək. Mahir Əmrəli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram”.

Həmin kateqoriyadan