Emin Mahmudov: “İlk matçdakı səhvləri düzəltməyə çalışacağıq”

“Bizi çətin oyun gözləyir. İlk matçda istədiyimiz alınmadı. Bu dəfə öz oyunumuzu oynamağa çalışacağıq”.

Allsport.az xəbər verir ki, bu fikirləri “Neftçi” kapitanı Emin Mahmudov Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna qarşı keçirəcəkləri UEFA çempionlar liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı futbolçu bildirib ki, hər zaman penalti zərbələri üzərində işləyir: “Dinamo”nun yaxşı tərəfləri barədə indi heç nə deyə bilmərəm. Bunu bizə baş məşqçi izah edəcək. İlk matçdakı səhvləri düzəltməyə çalışacağıq”.

Mahmudov səfər qolu qaydasının ləğvini dəstəkləmədiyini bildirib: “Əvvəldən buna qarşı idim. Vəziyyət dəyişdi. Bundan sonra penaltilər seriyası daha çox olacaq”.

Həmin kateqoriyadan