- Baxış sayı: 23
- 24 İyun 2026 13:00
- Baxış sayı: 68
- İyun 23, 2026
- 0

“Olimpiakos”la oyunda əlimizdən gələni edəcəyik”. Allsport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
Çempionlar liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev oyununda (2:1) bərabərlik qolunu vuran yarımmüdafiəçi qarşılaşmadan sonra “CBC Sport”a açıqlama verib.
Kapitan növbəti mərhələdəki rəqib olan Yunanıstan “Olimpiakos”u ilə görüşlərə də toxunub: “Rəqibin kim olmasının fərqi yoxdur. Qorxmaq lazım deyil. Meydana çıxıb vuruşacağıq”.
Mahmudov Tbilisidə olduğu kimi yenə penaltidən qol vurması barədə də danışıb: “Yaxşı ki, penalti oldu. Bir az fərqli vurdum. Əsas odur ki, qol oldu. Rəqib yaxşı oynadı, bizi bir az sıxdı”.