- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 220
- Avqust 05, 2026
- 0
İsveç çempionatında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası – “Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Elfsborq”la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Emin sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Kalmar” hazırda 22 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.