Endre Botka: “Qarabağ”la oyunda stadionda manqal tüstüsü vardı”

Macarıstanın “Ferentsvaroş”un klubunun futbolçusu Endre Botka, çempionlar liqasının 3-cü təsnifatında “Qarabağ”la Bakıda 1:1 etdikləri matç barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, hava şəraitindən şikayətlənib: 

“Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi. Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi.

Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər”.

Avqustun 9-da “Qroupama arena”da cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həmin kateqoriyadan