Enzo Fernandezdən nümunəvi hərəkət

“Çelsi”nin çempionlar liqasının 1/8 finalında Dortmunt “Borussiya”sı üzərində qələbə qazandığı cavab görüşündən sonra meydana kiçik bir azarkeş daxil olub.

Allsport.az xəbər verir ki, həmin azarkeş “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezlə görüşmək üçün meydana atılıb.

Enzo stüartların balacanı meydandan uzaqlaşdırmalarına icazə verməyib. Bundan sonra Fernandez balacanı təsəlli edərək ona formasını hədiyyə edib və yalnız bundan sonra onu tribunalara qədər müşayiət edən heyətə təhvil verib. Gənc yarımmüdafiəçinin bu hərəkəti tribunalarda alqışa layiq görülüb.

Həmin kateqoriyadan