- Baxış sayı: 9
- 23 Sentyabr 2026 10:20
- Baxış sayı: 245
- Sentyabr 17, 2026
- 0

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamın karyerasını klub səviyyəsində davam etdirmək variantı var.
Allsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin təyinatı imkanını Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu nəzərdən keçirir.
Ciddə təmsilçisi “Nyukasl”a gedən Mattias Yaysslenin əvəzedicisini axtarı. Klub Deşamı dəvət etmək variantı üzərində işləyir. Lakin fransalı mütəxəssisin bu təkliflə razılaşacağı inandırıcı görünmür.
Didye Deşam 2012–2026-cı illərdə Fransa millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında DÇ-2018-in qalibi olub.