- Baxış sayı: 26
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Topaz Premyer Liqasının 3-cü turunun “Kəpəz”lə oyununda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 3 xalı Ermin Zetsin qolu ilə qazandı. Allsport.az xəbər verir ki, “qırmızı-qara” formada ilk qolunu vuran bosniya və herseqovinalı hücumçu qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:
“Kəpəz”lə oyunumuz çətin keçdi. Rəqib güclü, yaxşı komandadır. Bizə xeyli çətinliklər yaşatdı. Xoşbəxtlikdən rəqibin qol vurmaq cəhdləri alınmadı. Bəlkə də biz daha çox komandamız üçün tarixi əhəmiyyət kəsb edən “Panatinaikos”la matçı düşünürdük. Bu üzdən də çətin oldu. “Kəpəz”lə qarşılaşmanın taleyini vurduğum qol həll etdi. Yeni klubumda qol hesabımı açdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bu hələ başlanğıcdır və qollarımın davamı gələcək. Amma hər şeydən vacib olan komandamızın qələbəsidir”.
Bosniya və Herseqovina millisinin AÇ-2016-nın sentyabrda keçiriləcək seçmə oyunlarına dəvət alan futbolçu “Qəbələ”nin növbəti oyunu haqda da danışıb. O, UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la Yunanıstandakı matç haqda fikirlərini bölüşüb:
“Panatinaikos”la cavab qarşılaşmasında çox çətin oyun olacaq. Rəqib favorit sayılsa da, inanıram ki, biz də yaxşı oyun göstərəcəyik. Mərhələ keçmək üçün özümüzə inanmalıyıq və bacarığımızın 100 faizini meydanda qoymalıyıq”.