Ermin Zets “Qarabağ”ın rəqibi “Monako” barədə nə deyib?

Ermin Zets “Qarabağ”ın rəqibi “Monako” barədə nə deyib?

“Qəbələ”nin hücumçusu Ermin Zets “Qarabağ”ın rəqibi “Monako”nu dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, Fransa 1-ci divizion komandası barədə bunu deyib:

“Mən “Monako”nun “Lion”a qarşı keçirdiyi matçı izlədim. Fransa təmsilçisi güclü komandadır. Amma “Qarabağ” həqiqətən səfərdən sərfəli nəticə ilə dönə bilər.

Məsələn, “Monako”nu əks-hücumlarda yaxalayıb, qol vurmaq mümkündür. Həmçinin “Qarabağ”ın oynadığı qısa ötürmələrlə rəqibi məğlub etmək olar. Onlara uğurlar arzu edirəm“

Həmin kateqoriyadan