- Baxış sayı: 59
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

Sabah qitə liqasının ilkin ələməsində “Vestri” (İslandiya) – “Qarabağ” (Azərbaycan) arasında cavab oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq oldu. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır”.