ETOPAZ-ın baş himayədarlığı ilə mövsümün ən yaxşıları kimlər oldu?

Sports.az saytı ETOPAZ ilə Azərbaycan futbol tarixində ilk edərək, bir neçə nominasiyada futbol mövsümünün ən yaxşılarını seçib. Allsport.az xəbər verir ki, saytın təsis etdiyi və ETOPAZ-ın baş sponsoru olduğu “Sports.az avards”ın 2022/23 mövsümünə görə qalibləri bəllidir.

“Neftçi”nin və millinin kapitanı Emin Mahmudov, “Qarabağ”ın hücumçusu Ramil Şeydayev və “Sabah”ın ukraynalı legionçusu Aleksey Kaşuku cüzi fərqlə qabaqlayaraq, “Mövsümün ən yaxşı futbolçusu” mükafatına sahib çıxıb.

6 nominasiyadan yalnız birində sorğuda iştirak edənlərin hamısı yekdiliklə 1 nəfərə səs verib. Bu “Qarabağ”ın və mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanovdur.

“Sabah”ın və seçmənin gənc üzvü Yusif İmanov “Ən yaxşı qapıçı” seçilib.

“Ən yaxşı gənc futbolçu” nominasiyasında bu mövsüm ölkə çempionatında oyundan ən çox qol vuran Musa Qurbanlı daha çox səs toplayıb.

Əliyar Ağayev “Ən yaxşı hakim”, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Ən yaxşı klub funksioneri” seçilib.

“Sports.az awards” 2022/23 futbol mövsümünün ən yaxşılarını mükatlandırma mərasimi mayın 30-u, saat 13.00-da “Four Seasons” mehmanxanasının 2-ci mərtəbəsində yerləşən “Şur” zalında başlayacaq.

Həmin kateqoriyadan