“Evdə 2 oyun dalbadal qalib gəlmək asan deyil”

9 martda “Sabah” premyer liqanın 26-cı turunda Masazırda “Qəbələ”ni 2:1 məğlub etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliç bunu açıqladı:

“Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. “Qəbələ” çox yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədirlər. Premyer liqada qalmaq üçün mübarizə aparırlar. Evdə 2 oyun dalbadal qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq”.

Həmin kateqoriyadan