- Baxış sayı: 37
- 22 İyul 2026 23:35
- Baxış sayı: 109
- İyul 22, 2026
- 0

“Fənərbağça” hücum xəttini yeni futbolçu ilə gücləndirir.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi uzun müddətdir gündəmində olan “Borussiya Dortmund”un qvineyalı forvardı Seru Qirassinin transferində razılıq əldə edib.
Komanda 1 ay əvvəl Almaniya klubu ilə danışıqlara başlasa da, qarşı tərəfin 35 milyon avro tələb etməsi səbəbindən keçid dondurulmuşdu, lakin klub 25 milyon avro qarşılığında Dortmund təmsilçisi ilə razılığa gəlməyi bacarıb.
Karyerası ərzində “Laval”, “Lill”, “Oser”, “Amyen”, “Köln”, “Ştutqart”, “Renn” və “Borussiya” formaları geyinən Qirassi keçirdiyi 406 rəsmi oyunda 187 qol vurub, 31 məhsuldar ötürmə edib.