Fateh Tərim: “Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz”

Avropa liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray”ın baş məşqçisi Fateh Tərim açıqlama verib. Allsport.az xəbər verir ki, o, matça ciddi yanaşdıqlarını deyib:

“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvlərin bağışlanmayacağı 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm”.

Sabah Bakıolimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan