Fateh Tərim: “Püşk bizi Azərbaycana göndərdiyi üçün çox xoşbəxt oldum”

Avropa liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunundan öncə İstanbul klubunun baş məşqçisi Fateh Tərimin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı danışıb:

“Uzun illər sonra Bakıda olduğum üçün çox çoşbəxtəm. “Qalatasaray” avrokuboklarda təcrübəli komandadır. Püşk bizi yad olmayan yerə göndərdiyi üçün çox xoşbəxt oldum. Azərbaycan hər zaman savgisində şübhə etmədiyimiz, sevdiyimiz və yaxşı qarşılandığımız ölkədir.

“Neftçi”nin “Sumqayıt” və “Şkupi” ilə görüşlərinə baxmışam. “Neftçi” “Qarabağ”la birgə Azərbaycanın ən vacib komandalarından biridir. Son 3 mövsüm bu səviyyədə çıxış edir. Maraqlıdır, bu mövsüm səfərdə oyun keçirməyiblər. Emin Mahmudov, Yusuf Laval, Stiven Monroz, Talisson Dias kimi keyfiyyətli oyunçuları var. Xeyirlisi nədirsə, o olsun

“Qalatasaray”ın Azərbaycanda xüsusi sevildiyini bilirəm. Özümlə bağlı da anormal bir maraq görürəm. Azərbaycanda oynamaq sözü verə bilərəm. Təki pandemiya bitsin. Klubumuzla danışıb bəlkə də bir neçə matç, yaxud toplanış üçün gələ bilərik. Fatih Terim söz verirsə edir. İnşallah, bunu da edər, burda gözəl bir neçə gün keçirərik. İnşallah, sosial məsafəni yaxın məsafəyə çevirərik”.

Həmin kateqoriyadan