- Baxış sayı: 42
- 24 İyun 2026 04:55
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Macarıstanda “Ferentsvaroş” və “Qarabağ” arasında çempionlar liqasının 3-cü təsnifatının cavab oyununa təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Budapeştdə qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş referi Karlos del Serro olacaq. Ona yan xətlərdə Xose Naranxo və Qonsalo Qonsales köməklik göstərəcəklər. 4-cü ədalət qoruyucusu Migel Anxel Ortis Ariasdır.
Avqustun 9-da görüş Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk oyun ayın 3-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.