FIFA-nın Dohadakı tədbirində bizi Sərxan Hacıyev təmsil edir

Qətərin paytaxtı Dohada «FIFA Executive Football Summit» adlı tədbir keçirilir. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi Sərxan Hacıyev təmsil edir. Ali qurumun prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə təşkil olunan yığıncaqda «FIFA 2.0 – The Vision for the Future» strategiyası, «Forward» Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunacaq.

Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibin müavini Sərxan Hacıyev təmsil edir. Bu gün öz işinə başlayan tədbir fevralın 15-də yekunlaşacaq.

Həmin kateqoriyadan